Bank Of Baku

Azərbaycanda Amerika Ticarət Palatası: Hazırkı variantda Rəqabət Məcəlləsi ölkədə rəqabəti zəiflədə bilər

Azərbaycanda Amerika Ticarət Palatası: Hazırkı variantda Rəqabət Məcəlləsi ölkədə rəqabəti zəiflədə bilər
# 28 aprel 2011 11:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu fikir Azərbaycanda Amerika Ticarət Palatasının (ATP) Rəqabət Məcəlləsinin layihə variantına dair açıqladığı mövqeyində əksini tapıb.

Rəqabət Məcəlləsinin layihəsinin bütün dünya üzrə qəbul edilmiş qabaqcıl təcrübəyə zidd olduğunu və rəqabətin daha da genişlənməsinə şərait yaratmayacağını bildirən ATP ekspertləri sənədin təkmilləşdirilməsini təklif edirlər.

Sənəddə bildirilir ki, ümumilikdə Azərbaycan hökumətinin ölkənin rəqabət qanunvericiliyini təkmilləşdirilməsinə göstərdiyi maraq təqdirə layiqdir: «Lakin hazırkı Rəqabət Məcəlləsinin layihə variantında mövcud qanunvericilik aktları ilə müqayisədə əhəmiyyətli təkmilləşmə müşahidə edilmir. Layihə variantı əsas etibarilə, rəqabət haqqında mövcud qanunvericiliyin sadəcə bir sənəddə cəmləşmiş formasını xatırladır. Bu layihə rəqabət haqqında qanunun bazarı və iqtisadi səmərəliliyi stimullaşdırmaq, bazara çıxış imkanı və şəffaflığı təmin etmək üçün rəqabəti artırmaq, ədalətsiz rəqabətin və rəqabəti ləngidən fəaliyyət növlərinin qarşısını almaq kimi məqsədlərini daha təkmil səkildə təbliğ etmir».

Belə ki, layihə variantı icra hakimiyyətinin mövqeyini nəzərəçarpacaq dərəcədə möhkəmləndirir ki, bu da hökumətin işini asanlaşdırsa da, digər cəhətdən mövcud vəziyyəti sadəcə qoruyub saxlayır. Belə olduqda o, bazarın digər iştirakçıları, o cümlədən özəl sektorun mövqeyini nəzərə almır. Bu səbəbdən sənəd Azərbaycan bazarında rəqabəti gücləndirmir və əksinə, rəqabəti zəiflətmək potensialına malikdir.

ATP ekspertlərinin fikrincə, layihədəki bəzi məqamlar dövlət orqanları tərəfindən lüzumsuz və potensial surətdə şəxsi maraqlar güdən təftişlərin aparılmasına və sərbəst rəqabətə qarsı yönəlmiş digər hallara səbəb ola bilər. Yaradılması nəzərdə tutulan həm Rəqabət məsələləri üzrə Agentlik, həm də İnhisarçılığa nəzarət Şurasının funksiyalarını yerinə yetirəcək orqan müstəqil və ayrılıqda olmalıdır. Bundan başqa, rəqabət məsələləri ilə məşğul olan orqana topladığı cərimələri və haqları öz əməkdaşlarının maddi həvəsləndirilməsi üçün istifadə etməyə yol verilməsi arzu olunmayan stimul yarada və korrupsiya xarakterli davranışa səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR