Bank Of Baku

Azərbaycanda nümunəvi şirkətlərdə əməyin mühafizəsi vəziyyəti ilə bağlı yoxlamalar dayandırılacaq

Azərbaycanda nümunəvi şirkətlərdə əməyin mühafizəsi vəziyyəti ilə bağlı yoxlamalar dayandırılacaq
# 28 aprel 2011 11:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda bəzi şirkətlərdə əməyin mühafizəsi vəziyyətinin öyrənilməsi ilə bağlı yoxlamaların keçirilməsi müəyyən müddət ərzində dayandırılacaq. Bu barədə “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev deyib.

Onun sözlərinə görə, yoxlamaların keçirilməyəcəyi şirkətlər əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına tam əməl edən müəssisələr olacaqlar. Bu şirkətləri DƏMX sosial tərəfdaşlarla birgə müəyyənləşdirəcək: “Biz həmin şirkətləri normal şirkət kimi qəbul edəcəyik. Qalan müəssisələrin də işini belə qurmasını stimullaşdırmaq üçün həmin şirkətlərə birlikdə sertifikat verəcəyik. Bu sertifikatın statusu olacaq. Həmin sertifikatı olan şirkətdə növbəti üç il ərzində yoxlama aparılmayacaq”.

R.Tağıyev deyib ki, nümunəvi şirkətlərə qarşı bu tədbirin nə vaxtdan tətbiq ediləcəyi sosial tərəfdaşlarla birgə Əməyin Təhlükəsizliyi üzrə Şuranın fəaliyyətindən sonra mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR