Bank Of Baku

Bakıda “Amerika və Azərbaycan üçün biznes imkanları” mövzusunda biznes və sərmayə konfransı keçiriləcək

Bakıda “Amerika və Azərbaycan üçün biznes imkanları” mövzusunda biznes və sərmayə konfransı keçiriləcək
# 29 aprel 2011 10:31 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il iyunun 3-də Bakıda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Amerika və Azərbaycan üçün biznes imkanları” biznes və sərmayə konfransı keçiriləcək. “APA-Economics”in AzərTAc-a istinadən xəbərinə görə, bu barədə USACC-in Vaşinqtondakı baş qərargahından bildirilib.

Bakıda keçiriləcək birgünlük konfrans Birləşmiş Ştatların və Azərbaycanın tanınmış biznes liderlərini, iş adamlarını bir araya gətirərək iki ölkə arasında yeni biznes və ticarət əlaqələrinin genişləndirilməsində konkret layihələrə həsr olunacaq.

USACC-nin icraçı direktoru Mahir İsgəndər bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi sürətli iqtisadi inkişaf ölkəni ABŞ iş adamları üçün cəlbedici sərmayə qoyuluşu məkanına çevirib: “Dünya maliyyə böhranı yaşadığı bir dövrdə ölkəmizin təkcə qeyri-neft sektorunda nümayiş etdirdiyi artım 5,9% təşkil edib. İxracın ümumi məbləği 21 mlrd. dolları, idxalın məbləği isə 6,6 mlrd. dolları ötüb”.

M.İsgəndərin sözlərinə görə, USACC real biznes əlaqələrinin və yeni tərəfdaşlığın qurulmasına yardım etmək niyyəti ilə təşkil etdiyi konfransda altı müzakirə sessiyasını Azərbaycanın turizm, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat, inşaat və digər sahələrində sərmayə imkanları, buraya Amerika kapitalının gətirilməsi, Azərbaycanın yeni enerji reallıqları, dünya şöhrətli biznes şəbəkələrinin Azərbaycanda açılması kimi mövzulara həsr edəcək. “Hyatt Regency” mehmanxanasında keçiriləcək konfrans Azərbaycan Beynəlxalq Bankı, “Azercell”, “Chevron” və bp şirkətlərinin sponsorluğu ilə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR