Bank Of Baku

Azərbaycan gömrük rəsmiləşdirilməsini sadələşdirir

Azərbaycan gömrük rəsmiləşdirilməsini sadələşdirir
# 29 aprel 2011 14:16 (UTC +04:00)
Bu yeniliklər nəticəsində beynəlxalq yük daşımaları ilə məşğul olan operatorların sərhəddən gediş-gəlişinin asanlaşdırılması nəzərdə tutulur.

Bu barədə «APA-Economics»ə DGK-nin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev məlumat verib: «Bunun üçün həmin şirkətlərə aid məlumatların elektron bazası yaradılacaq və bu məlumatlar birdəfəlik Gömrük Komitəsinin bazasına yerləşdiriləcək». Nəticədə, yük daşıyıcıları sərhədi keçməzdən əvvəl gömrük məntəqəsində onlar barədə məlumatlar olacaq. Bunun üçün həmin daşıyıcılar plastik kartla təmin olunacaq.

Bu yeniliyin sahibkarlara çox böyük imkanlar yaradacağını deyən İ.Babayevin sözlərinə görə, hazırda Komitənin veb-saytında yaradılan imkanlara görə, sahibkarlar öz mallarını əvəlcədən bəyan edə bilərlər. Yəni, sahibkar hələ sərhədə yaxınlaşanda gömrük məntəqəsinə ora yaxınlaşması barədə məlumat ötürə bilər. Nəticədə, gömrük sənədləşdirilməsi və məlumat bazasının doldurulması prosesinə hələ sahibkar gömrüyə çatmazdan əvvəl başlanılır. Bu xidmətin daha da genişləndirilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR