Bank Of Baku

Səfir: Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə olunur

Səfir: Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə olunur
# 29 aprel 2011 15:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Son illər Azərbaycan və Niderland arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə olunur. APA-nın xəbərinə görə, bu barədə Niderlandın Azərbaycandakı səfiri Arjen Uijterlinde bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 209 mln. avro təşkil edib: “Bunun 102 mln. avrosu Niderlanddan ixracın, 107 mln. avrosu isə Azərbaycandan idxalın payına düşür. Ticarət əməliyyatlarının əsas hissəsini elektronika və maşın avadanlıqları, Azərbaycandan ixracın 90%-ni isə neft məhsulları təşkil edir”.

Səfir qeyd edib ki, Niderland Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirmək, həmçinin alternativ enerji mənbələri sahəsində təcrübəsini bölüşmək niyyətindədir: “Bu sahələrdə əməkdaşlıq üçün böyük potensial var”.

Qeyd edək ki, bu ilin may ayında Hollandiyanın 20 aparıcı şirkətinin nümayəndələri Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Azpromo tərəfindən təşkil olunmuş biznes-forumda iştirak etmək Bakıya gələcək. Forum mayın 23-26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR