Bank Of Baku

“Pierre Cardin” modalar evi 1 mlrd. avroya satılır

“Pierre Cardin” modalar evi 1 mlrd. avroya satılır
# 04 may 2011 08:16 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya şöhrətli kuturye Pyer Kardin öz adını daşıyan modalar evini satmaq qərarına gəlib. “APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, 88 yaşlı fransız kuturye bütün həyatını həsr etdiyi “Pierre Cardin” modalar evini 1 mlrd. avroya satmağı planlaşdırır.

“Mən onu indi satmaq istəyirəm. Bilirəm ki, bir neçə ildən sonra mən olmayacağam, amma bu işin davam etdirilməsi lazımdır” - deyə bioloji varisi olmayan P.Kardin qərarını izah edib.

Qeyd edək ki, banklar “Pierre Cardin” modalar evini 5 dəfə ucuz - 200 mln. avro həcmində qiymətləndirir. Hazırda P.Kardin İngiltərə, ABŞ və Çin investorları ilə danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR