Bank Of Baku

Azərbaycan Tiflisdə sahibkarlığın vergiyə cəlb olunması mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - FOTO

Azərbaycan Tiflisdə sahibkarlığın vergiyə cəlb olunması mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - <font color=red>FOTO</font>
# 05 may 2011 08:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünəndən Tiflisdə (Gürcüstan) «Orta və kiçik sahibkarlığın vergiyə cəlb olunması» mövzusunda beynəlxalq konfrans işə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda 23 ölkənin vergi orqanlarının nümayəndələri iştirak edirlər. Azərbaycanı bu toplantıda Vergilər Nazirliyinin baş dövlət vergi müfəttişləri Samir Məmmədov və Ramil Şəkərov təmsil edirlər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransın ilk iş günündə Vergilər Nazirliyinin baş dövlət müvəttişi S.Məmmədov «Orta və kiçik sahibkarlığın vergiyə cəlb olunması» mövzusunda məruzə ilə çıxış edib. S.Məmmədov çıxışında son illər ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar və ölkənin vergi qanunvericiliyi və sahibkarlığın inkişafından ətraflı məlumat verib.

Konfrans mayın 6-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR