Bank Of Baku

Sumqayıtda Dövlət Gömrük Komitəsi rəhbərliyinin sahibkarlarla görüşü keçirilib

Sumqayıtda Dövlət Gömrük Komitəsi rəhbərliyinin sahibkarlarla görüşü keçirilib
# 06 may 2011 09:21 (UTC +04:00)
Sumqayıt. Əli Əhmədov - APA-Economics. Bu gün Sumqayıt Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin sahibkarlarla görüşü keçirilib. “APA-Economics”in məlumatına görə, görüşdə DGK sədri Aydın Əliyev və Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edib.

A.Əliyev çıxışında bildirib ki, görüşün keçirilməsində məqsəd bu sahədəki problemləri öyrənmək və onların həllinə nail olmaqdır. Bundan başqa, sahibkarların gömrük sahəsindəki problemlər barədə ətraflı məlumat verməsi üçün ilk dəfə olaraq bu görüşdə sahibkarlar arasında anonim sorğu keçirilib. Sorğuda sahibkarlar onlara paylanan anketlərdə qarşılaşdıqları problemlər barədə məlumat veriblər. Bu anketlər yığılaraq DGK-ya göndəriləcək və orada araşdırılacaq. Görüşdə DGK-nın daxili təhlükəsizlik idarəsinin rəis müavini də iştirak edib.

Sahibkarlar onları narahat edən problemlər barədə təkliflərini də veriblər. A.Əliyev bildirib ki, bu problemlər həm qanunvericiliklə, həm də digər məsələlərlə bağlıdır: “Bu görüşlər mütəmadi davam etdiriləcək və lazımi tədbirlər görüləcək. O cümlədən ehtiyac yaranarsa, qanunvericiliyə dəyişikliklər olunması da istisna olunmur”.

Qeyd edək ki, sahibkarlarla analoji görüşlər Bakı Baş Gömrük İdarəsində və Astarada da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR