Bank Of Baku

Andorrada Azərbaycanın sərmayə və ticarət imkanları barədə təqdimat keçirilib

Andorrada Azərbaycanın sərmayə və ticarət imkanları barədə təqdimat keçirilib
# 06 may 2011 15:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Andorranın Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə bir sıra qabaqcıl Andorra şirkətləri üçün Azərbaycanın sərmayə və ticarət imkanları barədə təqdimat təşkil olunub.

Azərbaycanın İspaniyadakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 30-dan çox infrastruktur, mühəndis-tikinti, o cümlədən dağ-mədən mühəndisliyi şirkətləri, turizm, xizək kurortları, İT, səhiyyə kimi sahələrdə çalışan Andorra şirkətlərinin və yerli KİV-in nümayəndələri iştirak edib.

Azərbaycanın makroiqtisadi göstəriciləri, inkişaf templəri, geostrateji əhəmiyyəti, neft sənayesi və onun tarixi, həyata keçirilən iri layihələri, əsas tərəfdaşları və digər vacib məlumatları tədbir iştirakçılarına təqdim edən Azərbaycanın İspaniyadakı və Andorradakı səfiri A.Əfəndiyev Andorra ilə əməkdaşlığın qurulması üçün turizm, turistlərin qarşılıqlı mübadiləsi, turizm sahəsində təhsil və xüsusi ilə xizək turizmi, dağ yerlərdə kənd təsərrüfatı, infrastruktur, dağ-mədən mühəndisliyi kimi sahələri qeyd edib və Andorra şirkətlərini sıx əməkdaşlıq etməyə dəvət edib.

Azərbaycan bazarına çıxmaq niyyətində olan Andorra şirkətlərinə ASK tərəfindən bütün lazımi köməkliyin göstərilməsinə hazır olduğunun bildirən Konfederasiyanın prezidenti Xavier Altimir Andorra tərəfinin Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsində marağının mövcudluğunu, qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR