Bank Of Baku

Bakıda iqtisadçı tələbələr üçün təlim kursları keçirilir

Bakıda iqtisadçı tələbələr üçün təlim kursları keçirilir
# 07 may 2011 13:36 (UTC +04:00)
Bakı – APA. Bu gün İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün «Biznes ideyası yarat və öz biznesinə başla» mövzusunda təlim kurslarına başlanılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının «Öz biznesinə başla və təkmilləşdir» Proqramı çərçivəsində keçirilən kurslar dünya təcrübəsində qəbul edilmiş metodologiya və interaktiv metodlar əsasında keçirilir. Təlim kurslarının təşkilində məqsəd gənclərə biznes ideyanın yaradılması və biznesin təşkili istiqamətlərində zəruri nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanmasıdır.

Qeyd edək ki, üç gün davam edəcək təlim kurslarında iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. aktual məsələlərlə bağlı ətraflı məlumatlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR