Bank Of Baku

Dünyanın ən bahalı brendlərinin siyahısı açıqlanıb

Dünyanın ən bahalı brendlərinin siyahısı açıqlanıb
# 10 may 2011 12:40 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın yüksək texnologiyalı “Apple” markası dünyanın ən bahalı brendi kimi tanınıb. “APA-Economics”in xəbərinə görə, brend 153 mlrd. dollar həcmində qiymətləndirilib.

“Millward Brown” agentliyinin illik “BrandZ Top 100” təhqiqatında bildirilir ki, bununla da “Google”in 5 illik hegemonluğuna son qoyulub. “Apple”in dəyəri ötən ilki renkinqlə müqayisədə 84% bahalaşaraq 153,3 mlrd. dollara çatıb, “Google”in dəyəri isə 2% ucuzlaşaraq 111,5 mlrd. dollar təşkil edib. Üçüncü yerdə gələn IBM brendi isə 100,8 mlrd. dollar qiymətləndirilib.

Dünyanın ən bahalı brendlərinin onluğunu “McDonald’s”, “Microsoft”, “Coca-Cola”, “AT&T”, “Marlboro”, “China Mobile” və “General Electric” markaları tamamlayıb. Beləliklə, ilk onluqda 9 ABŞ və bir Çin brendi qərarlaşıb.

Sürətlə inkişaf edən brend 35-ci pillədə olan “Facebook” sayılıb. Dünyanın ən populyar sosial şəbəkəsinin dəyəri 246% bahalaşaraq 19,1 mlrd. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR