Bank Of Baku

Lənkəranda ət və qənnadı məhsulları bahalaşıb

Lənkəranda ət və qənnadı məhsulları bahalaşıb
# 11 may 2011 12:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bir neçə gündür ki, Azərbaycanın Lənkəran rayonunda ət və qənnadı məhsullarının qiyməti artıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun ayrı-ayrı ticarət şəbəkələrində aparılan müşahidələr nəticəsində məlum olub ki, əvvəllər 1 kq mal əti 6 manata satıldığı halda, bu gün 6,5-7 manat olub.

Artım qənnadı məmulatlarında, o cümlədən konfet və şokoladın satışında da özünü büruzə verib. Belə ki, 1 kiloqram konfetin əvvəlki qiyməti 3 manat olduğu halda, indi 3,4-3,5 manatdır.

Qiymət artımına münasibət bildirən qəssablar ətin bahalaşmasına ətlik heyvanın qıtlığının səbəb olduğunu bildiriblər. Qənnadı məhsullarının alveri ilə məşğul olan şəxslər isə bahalaşma ilə əlaqədar hər hansı fikir söyləməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR