Bank Of Baku

Hüquqi şəxslərin reklam materiallarında pozuntular aşkarlanıb

Hüquqi şəxslərin reklam materiallarında pozuntular aşkarlanıb
# 11 may 2011 15:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinqlər zamanı qanunvericiliyin tələbələrinə əməl edilmədən yayımlanan reklam materialları aşkar edilib. Belə ki, “TREKA 2009” şirkətinin reklam materialında qanunvericiliyin tələblərinə zidd olaraq “nömrə 1” terminindən, “Farmay” aptekinin vitrinində körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklam materiallarında isə körpə təsvirlərindən istifadə olunduğu aşkar edilib.

Dövlət Xidməti tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib, nəticədə yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına “Reklam haqqında” qanunun tələblərinə əməl etməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR