Bank Of Baku

Londonda Azərbaycan-Britaniya biznes-forumu keçirilir

Londonda Azərbaycan-Britaniya biznes-forumu keçirilir
# 12 may 2011 11:54 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək forumda Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaq imkanları, ölkənin sərmayə mühiti, xarici sərmayədarlar üçün yeni yatırım təşəbbüsləri müzakirə ediləcək.

Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunan biznes-forumun ilk günündə Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braunun, AAC-ın sədri və təsisçisi Tale Heydərovun, eləcə də digər natiqlərin çıxışları nəzərdə tutulub. Forum çərçivəsində keçiriləcək seminarlar Qafqazda təhlükəsizlik və onun biznesə təsiri, beynəlxalq şirkətlər üçün yeni imkanlar, informasiya və rabitə texnologiyaları sənayesi, turizm və səyahət, kənd təsərrüfatı və ərzaq istehsalı, nəqliyyat, infrastruktur, tikinti və daşınmaz əmlak, maliyyə xidmətləri, enerji məsələlərinə həsr olunacaq.

Tədbirdə sahibkarlar, iqtisadçılar, millət vəkilləri və beynəlxalq qurumların təmsilçiləri də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR