Bank Of Baku

Saxlama müddəti ötmüş 630 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 630 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 12 may 2011 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda B.Nuriyev küçəsi, 21 ünvanında Natiq Məmmədova məxsus mağazada, T.Abbasov küçəsi, ev 9 ünvanında «Keller and Zabel» MMC-yə məxsus obyektdə, Yasamal rayonunda H.Cavid prospekti, ev 10, 522-ci məhəllə, mənzil 29 ünvanında yerləşən «Mercuri market»də, Xətai rayonunda N.Tusi küçəsi, 19 ünvanında Hafiz Piriyevə məxsus mağazada, Səbail rayonunda Badamdar qəsəbəsi, 1128-ci keçid ünvanında yerləşən «Tana market»də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 70 ünvanında Nofəl Quliyevə məxsus mağazada, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, mədən 1 ünvanında yerləşən «Toğrul market»də, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Fizuli Dadaşova və Südabə Tağıyevaya məxsus mağazalarda, Gəncə şəhərində M.Bağırov küçəsində Çapay Məmmədova məxsus mağazada, Göygöl rayonunda H.Əliyev prospekti, 137 ünvanında Vüqar Yusifova məxsus mağazada, Göyçay rayonunda Qaraməryəm kəndində yerləşən «Çinar market»də və Əfqan Qasımova məxsus mağazada, Ucar rayonunda H.Əliyev küçəsində İlham Əsgərova məxsus mağazada, 28 May küçəsində Rövşən Əlizadəyə məxsus mağazada, Quba rayonunda 32-ci məhəllədə Rəşad Bayramova məxsus mağazada, Balakən rayonunda S.Gözəlov küçəsində Arif Bodurova məxsus mağazada, Cəlilabad rayonunda Qurtuluş küçəsi, 19 ünvanında Yafəs Zamanova məxsus mağazada, Zərdab rayonunda Azərbaycan küçəsində Akif Qədirova və Yaşar Abbasova məxsus mağazalarda, Samux rayonunda Kolayır kəndində Mahir Hüseynova məxsus mağazada, ümumi çəkisi 630 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR