Bank Of Baku

Azərbaycanda 2 müəssisə idarəetmə üzrə İSO sertifikat alıb

Azərbaycanda 2 müəssisə idarəetmə üzrə İSO sertifikat alıb
# 16 may 2011 10:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ilk dəfə olaraq İSO 9001 və İSO 18001 standartları üzrə sertifikatlaşma həyata keçirib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, AzTEST İSO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” standartı üzrə “Neftqazmaş” ASC-ni, İSO 18001 “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartı üzrə “SS-EAST” MMC-ni sertifikatlaşdırıb.

Bu standartların tətbiqi müəssisələrə tədarükçü və sifarişçilərlə qarşılıqlı səmərə əsasında işləmək, infrastrukturun daim işçi vəziyyətdə olmasını təmin etmək, kadrların səriştəliliyini artırmaq, uyğunsuz məhsulları (xidmətləri) idarə etməyə imkan verir.

Bundan başqa, bu standartlar müəssisədə insanların sağlamlığına zərər verən və mülkiyyətin dağıdılmasına səbəb olan təhlükələri müəyyənləşdirmək, bunlarla bağlı riskləri qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək, ekologiyanın çirklənməsinə səbəb olan mənbələri müəyyən etmək və neytrallaşdırmaq, istehsal proseslərini təkmilləşdirməyə şərait yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR