Bank Of Baku

Abşeronda 1587 litr sərinləşdirici içki ticarət şəbəkəsindən yığışdırılıb

Abşeronda 1587 litr sərinləşdirici içki ticarət şəbəkəsindən yığışdırılıb
# 17 may 2011 13:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonunda apardığı yoxlama zamanı qanunsuz sərinləşdirici içki istehsalçıları aşkarlanıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Aslan” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Düşes” və “Tərxun” içkilərinin, albalı və şaftalı meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi, bu içkilərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.

Bununla yanaşı, aparılan yoxlama zamanı məlum olub ki, müəssisənin istehsal etdiyi “Tərxun” içkisinin etiketində onun tərkibinin düşes konsentratından ibarət olduğu göstərilib.

Qanun pozuntuları ilə əlaqədar “Düşes” və “Tərxun” içkilərinin, albalı və şaftalı meyvə nektarlarının istehsalının dayandırılması, müəssisənin ticarət şəbəkəsinə payladığı həmin məhsulların geri yığılması, eləcə də müvafiq reseptura olmadan istehsal edilmiş 1587 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Aslan” MMC-yə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR