Bank Of Baku

3 min litrdən çox sərinləşdirici içki məhv edilib

3 min litrdən çox sərinləşdirici içki məhv edilib
# 18 may 2011 15:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müvafiq reseptura olmadan istehsal edilmiş saxta sərinləşdirici içkilərin məhv edilməsi barədə «Aslan» MMC-yə və Tahir Nəbiyevə icrası məcburi göstəriş verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar 3159 litr sərinləşdirici içki Xidmətin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Haqsız rəqabətə yol verdiyinə görə Xidmət tərəfindən «Aslan» MMC və sahibkar Tahir Nəbiyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR