Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Gəncə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Gəncə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 18 may 2011 16:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Gəncə şəhəri üzrə müasir ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması, müasir südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması və süd emalı, müasir konserv məhsulları istehsalı müəssisəsinin yaradılması və qənnadı məmulatları istehsalının inkişafı məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR