Bank Of Baku

Azərbaycanda sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır

Azərbaycanda sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
# 20 may 2011 13:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Xətai rayonu, A.İsmayılov küçəsində «Mahmud Topçu K» şirkətinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı «Bakinskiy dvorik» və «Rayskiy dvorik» adlı sərinləşdirici içkilərin etiketlərində məhsulun istehsal ilinin, eləcə də Azərbaycan dilində məlumatların göstərilmədiyi, «Kryuşon» adlı sərinləşdirici içkinin etiketində isə 2 fərqli saxlama müddətinin qeyd olunduğu müəyyən edilib.

Bundan başqa, nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, normativ sənədlərə əsasən, müəssisədə istehsal edilən sərinləşdirci içkilərin etiketində onların tərkibinə daxil olan konservantlar mütləq qeyd edilməli olduğu halda, etiketlərdə həmin məlumatın göstərilmədiyi aşkar edilib.

Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR