Bank Of Baku

Gəncədə dayanacaqlarda fəaliyyət göstərən ticarət obyektlərində reyd keçirilib

Gəncədə dayanacaqlarda fəaliyyət göstərən ticarət obyektlərində reyd keçirilib
# 23 may 2011 08:53 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə dayanacaqlarda və ətrafında fəaliyyət göstərən ticarət obyektlərində yoxlamalar keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının keçirdiyi reyd zamanı Heydər Əliyev prospektində yerləşən və qida məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərində bir sıra nöqsanlar aşkar edilib.

Bu obyektlərdə əsasən dönər, qutab və digər məhsullar bişirilərək satıldığından, aparılan yoxlamalar zamanı dayanacaqlarda satılan qida məhsulları və sərinləşdirici suların heç bir normalara cavab vermədiyi aşkarlanıb. Həmçinin dayanacaqlarda su və kanalizasiya xətləri olmadığından, burada anti-sanitar vəziyyət hökm sürür. Aşkarlanan qanun pozuntuları ilə bağlı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşları tərəfindən obyekt sahiblərinə xəbərdarlıq edilərək, iki gün müddətində bu satışı ləğv etmədikləri təqdirdə, onlara qarşı inzibati qaydada tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bundan sonra da reydlərini davam etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR