Bank Of Baku

Saxlama müddəti ötmüş 220 kq ərzaq satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 220 kq ərzaq satışdan çıxarılaraq məhv edilib
# 23 may 2011 14:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən “APA-ECONOMICS”ə verilən məlumata görə, monitorinqlər zamanı Bakı şəhərinin Suraxanı rayonunda Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində Tofiq Abdullayevə məxsus mağazada, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 17B ünvanında Kamran Şabanova məxsus mağazada, 2-ci Mədən küçəsində yerləşən “Səma market”də, Səbail rayonunda Ə.Yaqubov küçəsi, ev 12 ünvanında Əliniyaz Feyziyevə məxsus mağazada, Q.Abbasov küçəsi, ev 44 ünvanında Nailə Cavadovaya məxsus mağazada, Nəsimi rayonunda Azadlıq prospekti, ev 13, mənzil 66 ünvanında yerləşən “Bəhruz market”də, Yasamal rayonunda, 2-ci Alatava ünvanında Ofelya İbrahimovaya məxsus mağazada, H.Zərdabi prospekti, ev 87, mənzil 2 ünvanında Mütəllim Hüseynova məxsus mağazada, 2-ci Alatava, ev 25 ünvanında Seyran Həmidova məxsus mağazada, Masallı rayonunda Ərkivan qəsəbəsində Nizami Şirəliyevə məxsus mağazada ümumi çəkisi 220 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR