Bank Of Baku

Sumqayıtlı sahibkara maliyyə sanksiyası tətbiq edilib

Sumqayıtlı sahibkara maliyyə sanksiyası tətbiq edilib
# 23 may 2011 14:58 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda haqsız rəqabətə yol verən daha bir sahibkara maliyyə sanksiyası tətbiq edilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt şəhəri, Azadlıq prospekti, 2 ünvanında Tahir Əhmədova məxsus istehsalat sahəsində bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək müvafiq reseptura olmadan istehsal edilməsi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Tahir Əhmədova 904 manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR