Bank Of Baku

Azərbaycanda sahibkarların maraqlarının qorunması barədə qanun layihəsi hazırlanır

Azərbaycanda sahibkarların maraqlarının qorunması barədə qanun layihəsi hazırlanır
# 24 may 2011 09:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması barədə qanun layihəsi hazırlanır.

APA-Economics”in xəbərinə görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib.

Onun sözlərinə görə, qanunda sahibkarlığın inkişafı üçün aparılan tədbirlərin kompleks şəkildə hüquqi tənzimlənməsi, sahibkarların maraqlarının qorunması və digər bu kimi amillər nəzərə alınacaq.

“Azərbaycan 2008-ci ildən Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlığa başlayıb. Əməkdaşlığın əsas məqsədi həyata keçirilən islahatların qabaqcıl, müasir dünya təcrübəsinə uyğun olaraq hazırlanmasıdır” - deyə Z.Qasımov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR