Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri: “Azərbaycan investisiya mühitinin yaxşılaşdırılması sahəsində böyük tərəqqi əldə edib”

Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri: “Azərbaycan investisiya mühitinin yaxşılaşdırılması sahəsində böyük tərəqqi əldə edib”
# 24 may 2011 09:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərbaycan son illər ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində çox böyük tərəqqi əldə edib və bu islahatlar davam edir” “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanda Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən reallaşdırılan “İnvestisiya mühiti” layihəsinin rəhbəri İrina Liderberqer bildirib.

O, ölkədə investisiya rejiminin yaxşılaşdırılması barədə prezident fərmanını, biznes yoxlamalar barədə qanunun hazırlanması və ölkədə yoxlamaların vahid reyestrinin yaradılması kimi addımları alqışladıqlarını vurğulayıb: “Hesab edirik ki, bu addımlar bir tərəfdən biznesin qanunun tələblərinə uyğunlaşmasına kömək edəcək. Digər tərəfdənsə yoxlamalar sisteminin təkmilləşdirilməsi yoxlamalar prosesində həm dövlətin, həm də biznesin üzərinə düşən inzibati yükü azaldacaq. Eyni zamanda yoxlamaların effektivliyi, yəni əhalinin təhlükəsizliyinin təmin edilməsi və s. artacaq”.

İrina Liderberqer qeyd edib ki, əsas məsələ qanunun tələblərinin sahibkarlar tərəfindən yerinə yetirilməsinin sadələşməsi, eləcə də onların qarşısında qoyulan tələblərin başa düşülən və sadə olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR