Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Qaradağ sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Qaradağ sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 24 may 2011 09:30 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Lökbatan və ətraf qəsəbələrin sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə müasir çörək istehsalı müəssisəsinin yaradılması, faraş tərəvəz məhsullarının və gül və çiçəklərin yetişdirilməsi üçün müasir istixana komplekslərinin yaradılması, müasir ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması, yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması və müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR