Bank Of Baku

Varşavada Azərbaycan-Polşa biznes-forumu keçiriləcək

Varşavada Azərbaycan-Polşa biznes-forumu keçiriləcək
# 25 may 2011 13:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyunun 5-12-də ilin Polşanın paytaxtı Varşavada Azərbaycan-Polşa biznes-forumu keçiriləcək.

«APA-Economics»in məlumatına görə, tədbirin Azərbaycanın Sənaye və Energetika Nazirliyinin dəstəyi və Polşa İnformasiya və İnvestisiya Agentliyinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulur.

Azərbaycan-Polşa biznes-forumunda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın Protokolunda nəzərdə tutulan məsələlər, həmçinin müxtəlif sahələrə dair iki ölkə arasında əməkdaşlığın qurulması haqqında geniş müzakirələr aparılacaq, təqdimatlar keçiriləcək. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Polşanın müvafiq hakimiyyət orqanları və aidiyyəti şirkətləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində kadastr, geodeziya, kartoqrafiya sahələrində ikitərəfli əlaqələrin yaradılması məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR