Bank Of Baku

Azərbaycanda fiziki şəxslər və torpaq mülkiyyətçiləri sosial sığorta ilə bağlı bəyannamə təqdim etməkdən azad olunacaq

Azərbaycanda fiziki şəxslər və torpaq mülkiyyətçiləri sosial sığorta ilə bağlı bəyannamə təqdim etməkdən azad olunacaq
# 31 may 2011 11:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, bununla bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi planlaşdırılır. Qanunvericiliyə dəyişiklik yalnız yanında işçi çalışdıran fiziki şəxslərə şamil olunmayacaq. İşçi çalışdıran fiziki şəxslər DSMF-yə bəyannamə təqdim edəcəklər.

«Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin ödədikləri sosial sığorta haqlarının məbləği qanunda stabil məbləğlə ifadə olunub. Ödədikləri məbləğ onların hesabına oturduqda dəqiq görülür və bizdə bunun uçotu aparılır», - deyə Fond rəhbəri vurğulayıb.

S.Müslümovun sözlərinə görə, hazırda DSMF-də sosial sığorta ödənişlərinin və pensiya təminatının avtomatlaşdırılması sisteminin tətbiqinə hazırlıq gedir. Elektron bəyannamələrin təqdimatı ilə bağlı işlərin yaxın 1 ay ərzində yekunlaşdırılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR