Bank Of Baku

8 500 litrdən çox sərinləşdirici içki satışdan çıxarılaraq məhv edilib

8 500 litrdən çox sərinləşdirici içki satışdan çıxarılaraq məhv edilib
# 01 iyun 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 8,5 min litrdən artıq keyfiyyətsiz sərinləşdirici içkilər məhv edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, normativ sənədlərin tələblərinə cavab verməyən sərinləşdirici içkilərin məhv edilməsi barədə Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Mahmud Topçu K» İstehsal Kommersiya Firmasına icrası məcburi göstəriş verilib.

Qeyd olunan göstərişin icrası ilə əlaqədar 8 579 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti «Mahmud Topçu K» İstehsal Kommersiya Firması barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR