Bank Of Baku

Şəkidə Azərbaycan Korporativ İdarəetmə Standartlarının tətbiqi ilə bağlı tədbir keçirilib

Şəkidə Azərbaycan Korporativ İdarəetmə Standartlarının tətbiqi ilə bağlı tədbir keçirilib
# 01 iyun 2011 15:55 (UTC +04:00)
Bakı - APA-Economics. Regionlarda fəaliyyət göstərən sahibkarların “Azərbaycan Korporativ İdarəetmə Standartları” ilə bağlı məlumatlandırılması, həmçinin standartların tətbiqinin təşviqi məqsədilə tədbirlərə başlanılıb.

APA-Economics”in xəbərinə görə, bu gün Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı ilk tədbir keçirilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Korporativ İdarəetmə Standartlarının təqdimatı ilə çıxış edən İİN-in Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu standartların tətbiqinin sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu bildirmiş, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə yardım edəcəyini vurğulayıb. Bildirilib ki, standartların tətbiqi həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması üçün şərait yaradacaq, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsində yardımçı olacaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına şərait yaradacaqdır.

Beynəlxalq Maliyyə Korporasiyasının layihə meneceri Anar Əliyev isə çıxışında standartların mahiyyəti barədə məlumat verərək deyib ki, standartlarda korporativ idarəetmənin mahiyyəti, onun şirkətlərin səmərəli idarə olunmasında, şirkətlərə investisiya qoyuluşunun artırılmasında rolu, həmçinin səhmdarların Ümumi Yığıncağının təşkili, səhmdarların hüquqları, risklərin idarə edilməsi və s. əksini tapıb.

Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı sahibkarların maarifləndirilməsi üçün tədbirlər digər rayonlarda da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR