Bank Of Baku

Azərbaycanda vergi ödəyicilərinin qeydiyyatı internetlə aparılacaq

Azərbaycanda vergi ödəyicilərinin qeydiyyatı internetlə aparılacaq
# 03 iyun 2011 10:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi yaxın vaxtlarda vergi ödəyicilərinin on-layn rejimdə qeydiyyatına başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib: «Hazırda Nazirliyin maddi-texniki bazası və kadr potensialı imkan verir ki, biz bu gündən etibarən bu işə başlayaq».

Bununla yanaşı, on-layn qeydiyyatın tətbiqi üçün müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir: «Bununla bağlı təkliflərimiz var». Tələb olunan digər addım elektron imzanın tətbiqi ilə bağlıdır. Nazir müavininin sözlərinə görə, elektron imzanın işə salınması ilə bağlı bütün tədbirlər görülüb və bu yaxınlarda onun təqdimatı keçirilib: «Güman edirəm ki, bu işlərə də yaxın vaxtlarda başlanacaq».

S.Ələkbərov qeyd edib ki, on-layn rejimdə ilk növbədə fiziki şəxslərin qeydiyyatına başlanacaq, bundan sonra isə, yaxın gələcəkdə kommersiya-hüquqi şəxslərin qeydiyyatı da on-layn rejimində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR