Bank Of Baku

Azərbaycanda vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında video-rabitə yaradılacaq

Azərbaycanda vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında video-rabitə yaradılacaq
# 03 iyun 2011 10:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi ödəyicilərinin Vergilər Nazirliyinə müraciət etməsi üçün video qəbullar təşkil olunacaq. «APA-Economics»in məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu, vergi terminallarında xidmətlərin genişləndirilməsi prosesi çərçivəsində mümkün olacaq. Azərbaycanda vergi terminallarının sayı artıq 27-ə çatdırılıb, təkcə bu ilin əvvəlindən 11 yeni terminal fəaliyyətə başlayıb.

Nazir müavininin sözlərinə görə, yaxın iki il ərzində bunların sayının 55-ə çatdırılması nəzərdə tutulur ki, bu da ölkənin bütün şəhər və rayonlarında belə terminalların fəaliyyətinə imkan yaradacaq: «Bu gün terminallarda xidmətlərin çeşidi kifayət qədər genişdir. Bu terminallarda vergi ödəyiciləri heç bir ödəniş aparmadan tam sərbəst şəkildə bu terminalların xidmətlərindən istifadə edə bilirlər. Yəni, onlar istənilən məsələ barəsində vergiyə aid suallara cavab ala, bəyannamələrini buradan göndərə bilirlər».

Yaxın vaxtlarda terminallarda vətəndaşların Vergilər Nazirliyi ilə birbaşa video əlaqəsi yaradılacaq: «Orada vergi ödəyiciləri, ümumiyyətlə vətəndaşların Nazirliyə birbaşa müraciət etməsi üçün video rejimdə qəbulları təşkil eləməyə hazırlaşırıq». Terminallarda tətbiq olunacaq növbəti addım isə vergi ödənişlərinin elektron formatda həyata keçirilməsi ilə bağlı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR