Bank Of Baku

Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırmasıın ilk mərhələsi başa çatır

Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırmasıın ilk mərhələsi başa çatır
# 03 iyun 2011 10:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırılması prosesinin birinci mərhələsi başa çatır. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib: «Pasportlaşdırmanın birinci mərhələsi başa çatmaq üzrədir, yəni artıq müəyyən etmişik ki, harada, hansı sahələr və ərazilərdə problemlər nədir. İndi bu sənədlər dürüstləşdirilir».

Yaxın vaxtlarda aşkar edilən və indiyədək vergi uçotuna durmayan təsərrüfat subyektləri - obyektlərin, hüquqi və fiziki şəxslərin qeydə alınması prosesinə başlanacaq. Ümumilikdə, prosesin ilin sonunadək davam etməsi gözlənilir, bu işlər çərçivəsində əlavə tədbirlər də görüləcək. «Çünki burada tələskənliyə yol vermək olmaz, əsas vəzifəmiz sadəcə dürüstləşdirmə aparıb buna son qoymaq deyil. Biz elə etməliyik ki, iş adamları üçün əlverişli biznes mühiti yaransın və vergi bazasının genişləndirilməsi də təmin olunsun», - deyə nazir müavini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR