Bank Of Baku

Son 6 ildə Azərbaycanın İKT sektoru 5 dəfə artıb

Son 6 ildə Azərbaycanın İKT sektoru 5 dəfə artıb
# 03 iyun 2011 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 6 il ərzində Azərbaycanın İKT sektoru 5 dəfə artıb. Bunu «APA-Economics»ə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, 2011-ci ilin birinci rübü ərzində İKT sektorunun artım tempi 24% təşkil edib. «Son 5 il ərzində Azərbaycanda İKT sektoru hər il orta hesabla 30-35% artıb. Bu ilin sonunda da analoji müsbət dinamikanın müşahidə olunacağı gözlənilir», - deyə E.Vəlizadə bildirib.

Nazir müavini bəyan edib ki, Azərbaycanda İKT sektorunun inkişafı istiqamətində əsas hədəf burada gəlirlərin həcminin 2020-2025-ci illər üçün neft-qaz sektorunun gəlirləri səviyyəsinə çatdırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR