Bank Of Baku

«Azersun Holding»in sədri Tağıyev mükafatına layiq görülüb - FOTO

«Azersun Holding»in sədri Tağıyev mükafatına layiq görülüb - <font color=red>FOTO</font>
# 04 iyun 2011 09:22 (UTC +04:00)
Bakı – APA. «Azersun Holding»in İdarə Heyətinin sədri Abdulbari Gözəl Azərbaycanda biznes mühitin yaxşılaşdırılması və xalqının zəngin-mədəni irsinin qoruması istiqamətində fəaliyyətinə görə Azərbaycan-Amerika Ticarət Palatası tərəfindən təsis olunmuş Hacı Zeynalabdin Tağıyev mükafatı ilə təltif edilib. Hodinqdən APA-ya verilən məlumata görə, mükafat «Amerika və Azərbaycan üçün biznes imkanları» mövzusunda Bakıda keçirilən konfrans ərəfəsində təqdim olunub.

Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə Palatanın İdarə Heyətinin üzvü Ceyms Beyker, Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər.

Xeyriyyəçi iş adamı A.Gözəl ona təqdim olunmuş mükafatlar arasında Tağıyev mükafatının ona daha doğma olduğunu bildirərək Tağıyevin gördüyü işlərdən danışaraq, onun adını daşıyan mükafata layiq görüldüyünə görə məmnunluğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR