Bank Of Baku

“Brand Award Azerbaijan” milli mükafatının müsabiqə şərtlərində dəyişiklik edilib

“Brand Award Azerbaijan” milli mükafatının müsabiqə şərtlərində dəyişiklik edilib
# 06 iyun 2011 10:22 (UTC +04:00)
Bakı - APA-Economics. “Brand Award Azerbaijan” milli mükafatının müsabiqə şərtlərində dəyişiklik edilib. Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEIBC) “APA-Economics”ə verilən məlumata görə, artıq CEIBC üzvü olmayan şirkətlər də müsabiqədə iştirak edə bilərlər.

“Brand Award Azerbaijan” mükafatının hər nominasiyasında maksimum 10 brend iştirak edə bilər. Mükafatın səsverməsində iştirak üçün təşkilati ödəniş ləğv olunub. Şirkətlər yalnız arzu etdikləri halda “Caspian Energy International Media Group”un nəşrlərində dərc olunan reklam-informasiya materiallarına, www.brandaward.az saytında yerləşdirilən bannerə, mükafat təqdim olunan zalda 30 saniyəlik reklam rolikinə və loqotip plakatına görə ödəniş edə bilərlər. Reklam-informasiya xidmətinə görə ödənişdən asılı olmayaraq, internet səsvermədə hər tıklama nominanta 1 səs verir.

“Brand Award Azerbaijan” mükafatının hər nominasiyasında CEIBC üzvü olmayan şirkətlər 1 brend, CEIBC-nin platin üzvləri 50, qızıl üzvləri 25, gümüş üzvləri 10, bürünc üzvləri isə 5 brendlə iştirak edə bilərlər.

Elektron və çap KİV-dən müsabiqədə yalnız CEIBC-nin informasiya tərəfdaşları iştirak edə bilərlər.

Müsabiqə barədə daha ətraflı məlumatla www.caspenergy.com, www.cibcgroup.com və www.ceibcgroup.com saytlarında tanış olmaq olar.

Qeyd edək ki, “Brand Award Azerbaijan” milli mükafatının təqdimat mərasimi bu il noyabrın 11-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR