Bank Of Baku

Yanvar-may aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10% artıb

Yanvar-may aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10% artıb
# 08 iyun 2011 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 9,6% üstələyərək 6,2 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 14,5%-i hüquqi, 85,5%-i fiziki şəxslər tərəfindən realizə olunub. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 mlrd. manatı ərzaq məhsulları, 2,3 mlrd. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Beş ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 1,9 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 77,7%-i hüquqi, 22,3%-i fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,1% və 15,2% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR