Bank Of Baku

Azərbaycan prezidenti lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğlərində dəyişiklik edib

Azərbaycan prezidenti lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğlərində dəyişiklik edib
# 09 iyun 2011 10:02 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına 2 nömrəli Əlavə - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 13-cü hissəsinin “Lisenziya verən icra hakimiyyəti orqanı” sütununda “Nəqliyyat Nazirliyi” sözləri “Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR