Bank Of Baku

Gəncədə sahibkarların Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı məlumatlandırılması məqsədilə tədbir keçirilib

Gəncədə sahibkarların Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı məlumatlandırılması məqsədilə tədbir keçirilib
# 10 iyun 2011 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Gəncədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə regionlarda fəaliyyət göstərən sahibkarların Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı məlumatlandırılması, həmçinin standartların tətbiqinin təşviqi məqsədilə tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Korporativ İdarəetmə Standartlarının təqdimatı ilə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu standartların tətbiqinin sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu bildirib və qeyd edib ki, standartların tətbiqi həmçinin, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınmasına, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına şərait yaradacaq.

IFC-nin layihə meneceri Anar Əliyev isə çıxışında standartların mahiyyəti barədə məlumat verib və bildirib ki, standartlarda korporativ idarəetmənin mahiyyəti, onun şirkətlərin səmərəli idarə olunmasında, şirkətlərə investisiya qoyuluşunun artırılmasında rolu, həmçinin səhmdarların ümumi yığıncağının təşkili, səhmdarların hüquqları, risklərin idarəedilməsi və s. əksini tapıb. Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı sahibkarların maarifləndirilməsi üçün tədbirlər digər rayonlarda da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR