Bank Of Baku

Beyləqanda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Beyləqanda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 10 iyun 2011 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak edib.

Tədbir zamanı sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilib, SKMF-ın internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, sahibkarlara metodiki materiallar paylanıb.

Bundan başqa, tədbirdə Beyləqan rayonunun iqtisadi potensialına uyğun olaraq müasir texnologiyaların tətbiqi ilə ətlik istiqamətli quşçuluq təsərrüfatının, müasir ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev hazırda özəl bölmənin ÜDM-də payının 80%-i ötdüyünü bildirib və qeyd edib ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası» haqqında əsasnamənin təsdiq edilməsi haqqında fərman, kənd təsərrüfatı və yeyinti sənayesində bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması barədə Nazirlər Kabinetinin qərarı ölkədə investisiya mühitinin daha da yaxşılaşması, qeyri-neft ixracının genişlənməsi baxımından vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR