Bank Of Baku

Qubada vergi ödəyiciləri üçün regional konfrans keçirilib

Qubada vergi ödəyiciləri üçün regional konfrans keçirilib
# 10 iyun 2011 14:22 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Azərbaycan Vergilər Nazirliyinin xətti ilə Qubada vergi ödəyiciləri üçün regional konfrans keçirilib.

APA-nın şimal bürosunun məlumatına görə, konfransda vergilər nazirinin müavini Sahir Məmmədxanov, millət vəkili Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov və Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 300-dək vergi ödəyicisi iştirak edib.

Konfransda çıxış edən nazir müavini Sahir Məmmədxanov Vergilər Nazirliyi tərəfindən sahibkarların hüquqlarının genişləndirilməsi, onlar arasında maarifləndirmə işlərinin aparılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bölgələrdə vergi ödəyiciləri ilə ardıcıl olaraq keçirilən belə görüşlər vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və etimadın yüksəlməsinə, regionlarda fəaliyyət göstərən sahibkarların üzləşdikləri problemlərin yerindəcə həllinə, vergidən yayınma hallarının aradan qaldırılmasına, dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında həyata keçirilməsinə müsbət təsir göstərir.

Daha sonra Sahir Məmmədxanov və Vahid Əhmədov yerli sahibkarları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.

Vergilər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu il ərzində bölgələrdə vergi ödəyicilərinin maarifləndirilməsi ilə bağlı 12 tədbir keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR