Bank Of Baku

Belarusdan soyuducu və ərzaq ixracına qadağa qoyulub

Belarusdan soyuducu və ərzaq ixracına qadağa qoyulub
# 13 iyun 2011 12:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi vəziyyəti sabitləşdirməyə çalışan Belarus hökuməti fiziki şəxslərin ölkədən mal çıxarmasına növbəti məhdudiyyətlər qoyub. «APA-Economics»in məlumatına görə, yanacaq və neft-məhsullarının ardınca ölkədən məişət avadanlıqları və ərzaq çıxarılması da qadağan edilib.

Hökumətin son qərarına görə, Gömrük İttifaqı (bura Belarusla yanaşı, Rusiya və Qazaxıstan daxildir) istisna olmaqla digər ölkələrə «Atlant» soyuducuları, Rusiya-Belarus istehsalı olan qaz plitələri, sement, məişət kimyası, yarma və makaronlar aparmaq olmaz. Kərə yağı, şəkər və konservləri isə ölkədən yalnız az miqdarda çıxarıla bilər. Həmin məhsulları bundan artıq çıxarmaq istəyənlər məhsulun qiymətinin iki misli qədər rüsum ödəyəcəklər.

Hökumətdə hesab edirlər ki, Belarus rublunun zəifləməsi nəticəsində adı çəkilən məhsullar qonşu ölkələrdə daha yüksək qiymətədir və bəziləri bundan varlanmaq üçün istifadə edir. Bu qadağalar da həmin cəhdlərin qarşısını almaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR