Bank Of Baku

SKMF Beyləqan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Beyləqan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 14 iyun 2011 07:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Beyləqan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, prioritet sahələrə müasir texnologiyanın tətbiqinə əsaslanan ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin, müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının və yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması daxildir.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə bu gündən etibarən Fonda müraciət edə bilərlər.

Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR