Suraxanı rayonunda “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
Tədbirdən əvvəl əsas hissəsi SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Abşeron rayonunun Məhəmmədi kəndindəki “Nəzər” KTM müəssisəsinin inşa etdirdiyi illik istehsal gücü 10 mln. ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə və “Baxçasaray” MMC-nin inşa etdirdiyi illik istehsal gücü 8 mln. ədəd dekorativ bitkilər olan istixana təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilib.
Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilib, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, sahibkarlara metodiki materiallar paylanıb.
Tədbirdə həmçinin Suraxanı rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan müasir quş kəsimi fabrikinin, kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısının göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib.
İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.
İİN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhərini və qəsəbələrinin inkişafını nəzərdə tutan tədbirlər, bu tədbirlərin həyata keçirilməsi istiqamətində görüləcək işlər, Bakı şəhərinin və qəsəbələrinin gələcək inkişaf perspektivləri haqqında danışıb.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 743 investisiya layihəsinin maliyyələşdirilməsinə 61,9 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 42 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 53,2 mln. manat və 701 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 8,7 mln. manat güzəştli kredit vəsaitinin verildiyini bildirib. Bu dövrdə Bakı şəhəri və ətraf qəsəbələr üzrə 95 investisiya layihəsinin maliyyələşdirilməsinə 16,9 mln. manat güzəştli kredit verilib ki, bu vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələr üzrə 839 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ş.Abdullayev sahibkarları maraqlandıran sualları da cavablandırıb.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Suraxanı rayonunun qəsəbələrində və digər Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 8,7 mln. manatdan çox güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 318 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sahibkarlıq
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
Xəbər Lenti
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul edilən əməkdaşların andiçmə mərasimi olub
İmişlidə ticarət obyektində yanğın söndürülüb- FOTO - VİDEO
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
Lavrov: Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq
Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb
Kobaxidze: AŞPA özünü tamamilə dəyərsizləşdirib
İran Mərkəzi Bankı dondurulmuş aktivlərin həcmini 24 mlrd. dollar qiymətləndirir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Rusiya ordusu Ukraynanın 450-dən çox dronunu vurub
Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək
Şahmar Mövsümov: Kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qaxda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
İH başçısı: Bu il Şəkidə tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır
Bəqayi: İranın müdafiə qabiliyyəti və raket gücü ABŞ-la müzakirə mövzusu olmayıb
Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım edib - VİDEO
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
İran XİN: ABŞ rəsmilərinin təhdidlərindən sonra birbaşa dialoqu dayandırdıq
Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq
İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb
Zaur Əliyev: 5 hektardan böyük əkin sahələrində lazer hamarlama vacibdir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb
Daşınmaz əmlakla bağlı sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Toxumçuluq haqqında qanunvericiliyin tələbələrini pozanlar cərimələnəcək
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq
Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
Qubada xeyli narkotik dövriyyədən çıxarılıb
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Kənd təsərrüfatı torpaqlarının konsolidasiyasına dair tələblər olacaq