Bank Of Baku

Bakıda standartlara uyğun olmayan içməli suyun istehsalı dayandırılıb

Bakıda standartlara uyğun olmayan içməli suyun istehsalı dayandırılıb
# 20 iyun 2011 09:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakıda normativ sənədlərin tələblərinə cavab verməyən qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb. Bu barədə “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində (R.Allahverdiyev küç. 7/23 ünvanında) qablaşdırılmış içməli su istehsal edən fiziki şəxs Rüxsarə Sultanovaya məxsus müəssisədə yoxlama aparıblar.

Nəzarət tədbirləri nəticəsində müəyyən olunub ki, müəssisədə qablaşdırılmış içməli su standartın tələbləri pozularaq təsdiq olunmuş texnoloji sənəd olmadan istehsal olunur. Müəssisədə qablaşdırılan içməli suyun mənbəyi, hazırlanması barədə məlumatları, suyun saxlama müddətini əks etdirən texnoloji sənəd mövcud deyil. Halbuki üzərində heç bir əsas olmadan suyun saxlama müddəti 1 il və suyun təbii süfrə suyu olduğu göstərilib. Bundan başqa müəssisənin sınaq laboratoriyasının olmadığı və içməli suyun ümumi sınaqlarının aparılmadığı müəyyən olunub.

Aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq inzibati protokol tərtib edilib və məhsulun satışına qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR