Bank Of Baku

Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamalar yeni qayda ilə aparılacaq

Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamalar yeni qayda ilə aparılacaq
# 20 iyun 2011 12:10 (UTC +04:00)
Qərara əsasən, sahibkarlıq subyektlərində yoxlama aparılanda «Nəzarət kitabçası»na digər məlumatlarla (yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəsi, yoxlamaya başlanılan vaxt) yanaşı, bu yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindəki kodu da əlavə olunmalıdır.

«APA-Economics»in məlumatına görə, bundan başqa, əsasnaməyə yeni bənd əlavə olunub. Bu bəndə görə, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın aparılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi bu reyestrdə yoxlamanın qeydə alınması barədə çıxarışı sahibkara təqdim etməlidir.

Başqa sözlə, sahibkarlıq subyektində yoxlamaya gələn orqanlar əvvəlcə bu yoxlamanın yoxlamaların reyestrində qeydiyyatdan keçməsi barədə sənəd təqdim etməlidir, bunsuz yoxlamaya başlamaq olmaz.

Qeyd edək ki, bu qərar Azərbaycan prezidentinin «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2011-ci il 15 fevral tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR