Bank Of Baku

SKMF Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 21 iyun 2011 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunun qəsəbələrində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-ECONOMICS»ə verilən məlumata görə, prioritet sahələrə zeytunçuluq təsərrüfatlarının və müasir zeytun emalı fabrikinin yaradılması, faraş tərəvəz məhsullarının (eləcə də müxtəlif çiçəklərin) yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması, müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması, yeni texnologiyaların tətbiqi ilə quş kəsimi fabrikinin yaradılması və kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması daxildir.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə bu gündən etibarən SKMF-a müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Əlaqə telefonu: (+994 12) 434-74-29.
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR