Bank Of Baku

Çinli milyarder nəvəsinin doğulması münasibətilə işçilərinə 2 mln. dollar bonus verib

Çinli milyarder nəvəsinin doğulması münasibətilə işçilərinə 2 mln. dollar bonus verib
# 22 iyun 2011 11:01 (UTC +04:00)
Bakı - APA-Economics. Honqkonqun ən varlı şəxslərindən biri, “Henderson Land Development” developer şirkətinin rəhbəri Li Shau Kinin altıncı nəvəsinin dünyaya gəlməsi münasibətilə işçilərinə 2 mln. dollar bonus verib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, 1500 işçinin hər biri 1 285 ABŞ dolları (10 min Honqkonq dolları) bonus alacaq.

83 yaşlı Li Şau Kinin oğul nəvəsi oğlu Martinin və aktrisa Keti Çuyun ailəsində dünyaya gəlib. Cütlüyün daha 2 qızı var.

Li Şau Ki “Forbes”in versiyasına əsasən milyarderlərin siyahısında 28-ci yeri tutur. Onun sərvəti 19 mlrd. dollar həcmində qiymətləndirilir. Ötən ilin oktyabrında o, böyük oğlu Li Çjaotszi - Piterin surroqat ana vasitəsilə 3 oğlan nəvəsinin doğulması münasibətilə də işçilərinə 10 minlik bonuslar paylayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR