Bank Of Baku

Azərbaycan bu il spirtli içki istehsalını 14%, alkoqolsuz içkiləri isə 26% artırıb

Azərbaycan bu il spirtli içki istehsalını 14%, alkoqolsuz içkiləri isə 26% artırıb
# 22 iyun 2011 13:02 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 6,3 min dekalitr şampan şərabı, 369,5 min dekalitr araq, 305,9 min dekalitr üzüm şərabı, 1 251,9 min dekalitr pivə və 28,2 min dekalitr brendi (konyak) istehsal edilib: «Ötən ilin yanvar-may aylarına nisbətən şampan şərabının istehsalı 50%, pivə istehsalı 1%, brendi istehsalı 21,7% azalıb, araq istehsalı 3,9%, üzüm şərabının istehsalı isə 2,7 dəfə artıb».

Bununla yanaşı, cari ilin ilk beş ayı ərzində Azərbaycanda 5 902,8 min dekalitr alkoqolsuz içkilər istehsal olunub ki, bu da ötən ilin yanvar-may aylarına nisbətən 25,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə spirtli içkilərin hazır məhsul ehtiyatı 892,9 min dekalitr, alkoqolsuz içkilərin məhsul ehtiyatı isə 1 154,0 min dekalitr təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən spirtli içkilərin hazır məhsul ehtiyatı 60,1%, alkoqolsuz içkilərin hazır məhsul ehtiyatı isə 91,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR