Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi azalıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi azalıb
# 23 iyun 2011 11:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində mal ehtiyatları indeksi 2011-ci ilin may ayı üzrə 100,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, aprel ayı üzrə bu göstərici 106,1%, martda 101%, fevralda 87,1%, yanvarda isə 103,1%-ə bərabər olub.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. İndeksin azalması mal qalıqlarının artım tempinin azalmasını göstərir, onun 100%-dən çox olması isə mal qalığının əvvəlki ayla müqayisədə artmasını əks etdirir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2011-ci ilin yanvarın 1-nə 137,1 mln. manat, fevralın 1-nə 141,3 mln. manat, martın 1-nə 123,1 mln. manat, aprelin 1-nə 124,3 mln. manat, mayın 1-nə 131,9 mln. manat, iyunun 1-nə isə 132,1 mln. manat təşkil edib.

Pərakəndə ticarətdə mal ehtiyatlarının artması ilk növbədə pərakəndə ticarətdə zəifləmənin göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR